Dil

MÜŞTƏRİLƏR ÜÇÜN ÜMUMİ ŞƏRTLƏR VƏ QAYDALAR

“Mursheed” tətbiqetməsindən istifadə etdiyiniz üçün təşəkkür edirik!

Bu Şərtlər və Qaydalar müştərilərə “Mursheed” platformasından istifadəni tənzimləyən əsas şərtləri izah edir. Platformanın təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün müştərilər aşağıdakı şərtlərlə razı olmalıdırlar.

1. GIRIş

“Mursheed” tətbiqetməsinin və saytının nəzarətçisi “Ameer Group” MMC (bundan sonra “şirkət”) mərkəzi ofisi Azərbaycanda yerləşən və Azərbaycan Respublikasının qanunlarına uyğun təsis edilmiş məhdud məsuliyyətli cəmiyyətdir.

Sənədin mətnində istifadə olunmuş “biz”, “bizim” və ya “bizə” kimi terminlər birbaşa şirkətə aiddir.

“Mursheed” tətbiqetmələri və saytın (bundan sonra “Mursheed”) yeganə mülkiyyətçisi Şirkətdir.

2. TERMİNLƏRİN İZAHI

2. Kontekstdə başqa hal tələb olunmadığı halda sənədin mətnindəki terminlər aşağıdakı mənaları daşıyır:

2.1. “Mursheed” Xidmətləri-”Mursheed” tətbiqetmələri və sayta daxil olmayla təmin etmə və texniki xidmət,əlavə ödənişlər,müştəri dəstəyi,sürücü,müştəri,hotel və digər bu kimi xidmətlərin göstərilməsi “Mursheed” tərəfindən təqdim olunur.

2.2. “Mursheed” Tətbiqetməsi-Xidmətlərin tələb olunması və ya yerinə yetirilməsi üçün sürücü,müştəri,hotellər və digər sahələr üzrə nəzərdə tutulmuş smartfon tətbiqetməsidir.

2.3. “Mursheed” Platforması-Müştərilərin xidmətlərdən daha səmərəli istifadə etmələrinə kömək etmək üçün müştəriləri sürücü,otel və digər oxşar obyektlərlə birləşdirən texnologiya.

2.4. Müştəri- “Mursheed” Platforması vasitəsilə hər hansı xidməti tələb edən şəxsdir.Hər bir müştərinin “Mursheed” saytında və tətbiqetməsində qeydiyyatdan keçmiş hesabı var.

2.5. Sürücü-”Mursheed” Paltforması vasitəsi ilə nəqliyyat xidməti göstərən şəxsdir.Hər bir sürücünün “Mursheed” saytında və tətbiqetməsində qeydiyyatdan keçmiş hesabı var.

2.6. Otel və ya digər oxşar obyektlər-yerləşmə(otel,motel,mənzil,çarpayı & səhər yeməyi),gəzməli yerlər (parklar,muzeylər,turlar), “Mursheed” Platforması vasitəsi ilə müştərilərə təqdim olunan səyahət sığortaları və səyahətlə əlaqəli digər bütün xidmətlər.

2.7. Ümumi şərtlər və qaydalar-“Mursheed” xidmətlərindən istifadəyə dair müştəri və şirkət arasındakı razılaşmadır.

2.8. Ödəniş-Müştərinin nəqliyyat və/və ya yaşayış xidmətləri üçün Şirkətə ödəməli olduğu məbləğdir.Müştəri ödənişi birbaşa yaşayış yerinə və ya sürücüyə və ya tətbiqdəki ödəmə yolu ilə ödəyə bilər.

2.9. Tətbiqdə ödəmə-Göstərilən xidmətlərə görə “Mursheed” tətbiqetməsi və saytı vasitəsilə müştəri tərəfindən istifadə olunan kartlar, ödəmə daşıyıcıları və digər ödəmə metodları nəzərdə tutulur.

2.10. “Mursheed” Müştəri Hesabı-Xidmətlərin göstərilməsi zamanı mühasibatlıq sənədləri də daxil olmaqla “Mursheed” tətbiqlərindən və saytından istifadə ilə bağlı sənədləri və məlumatları özündə ehtiva edən sayta giriş. Müştəri “Mursheed” Müştəri hesabına kod və istifadəçi adını yazmaqla daxil ola bilər.

2.11. Xidmətlər- sürücü və/və ya yaşayış yerləri də daxil olmaqla “Mursheed” tərəfindən göstərilən hər bir xidmət.

3. “MURSHEED” ”in FƏALİYYƏT SAHƏSİ

3.1. .“Mursheed” Platforması qeydiyyata alınmış yaşayış yerlərinin xidmətlərinin sistem daxilində satışa çıxatmağa,qeydiyyata alınmış müştərilərə yaşayış yerlərini və sürücülərini axtarmağa imkan verən onlayn sistemdir; “Mursheed” platforması vasitəsilə xüsusi xidmətlər rezervasiya edilə və qeydiyyata alınmış sürücülər tərəfindən müştərilərə nəqliyyat xidməti göstərilə bilər.

4. Müştərinin vəzifələri

4.1. Müştəri “Mursheed” qeydiyyat ərizəsində vacib məlumatları və tələb olunan sənədləri yükləməklə qeydiyyatdan keçə bilər. “Mursheed” vasitəsilə qeydiyyatı uğurla tamamlayan müştəriyə istifadəçi adı və şifrəylə daxil ola biləcəyi şəxsi kabinet təqdim edəcəyik.

4.2. Müştərilər bu müqavilənin şərtlərini,o cümlədən, burada göstərilən bütün öhdəlikləri diqqətlə oxumalı,anlamlı və qəbul etməli olduqları bütün şərtləri qəbul etməlidirlər.

4.3. Müştərilər bu müqavilənin şərtlərini,o cümlədən, burada göstərilən bütün öhdəlikləri diqqətlə oxumalı,anlamlı və qəbul etməli olduqları bütün şərtləri qəbul etməlidirlər.

4.4. Müştərilər “Mursheed” hesablarını icazəsiz və ya qeyri-qanuni məqsədlər üçün istifadə etməməli, “Mursheed” Xidmətlərinin dügün istifadəsinə xələl gətirməməlidirlər.

4.5. Müştərilər Azərbaycan Respublikasının qanun və qaydalarına qeydsiz-şərtsiz əməl etməlidirlər.

4.6. Müştərilər qeydiyyat zamanı bütün kart məlumatlarını yazmalıdırlar.

5. “Mursheed”in Hüquqları

5.1. Şirkət müştərilərə qeydiyyatı bitirdikdən sonra “Mursheed” və “Mursheed” müştəri hesabından istifadəyə icazə verir.

5.2. “Mursheed” və/ və ya “Mursheed” müştəri hesabından istifadə zamanı müştərilər aşağıdakıları edə bilməzlər:

  • parçalama,tərs mühəndislik və ya başqa formada “Mursheed”in mənbə kodunu əldə etməyə çalışmaq,
  • “Mursheed” və ya “Mursheed” müştəri hesabını hər hansı formada və ya şəkildə dəyişdirmək və ya dəyişdirilmiş “Mursheed” hesabından istifadə etmək,
  • “Mursheed” ”dəki əməliyyatlara zərər verə biləcək və ya mənfi təsir edə biləcək viruslar,pozulmuş fayllar və ya hər hansı digər proqramları ehtiva edən sənədləri ötürmək,
  • “Mursheed” proqramına icazəsiz girişə cəhd etmək.

5.3. Mənbə kodu,verilənlər bazası,loqotiplər və vizual dizaynlar daxil olmaqla bütün müəllif hüquqları və ticarət nişanları MMc”yə məxsusdur və müəllif hüquqları,ticarət nişanı və ticarət sirri qanunları beynəlxalq müdafiə müddəaları ilə qorunur. “Mursheed” istifadə edən heç bir müştəri əqli mülkiyyət hüququ əldə etmir.

5.4. Müştərilərdən hər hansı biri bu müqavilənin 8.2.-ci maddəsində göstərilən müddət ərzində xidmət haqqını ödəyə bilmədiyi təqdirdə Şirkət gecikmə və dəymiş ziyana görə müvafiq müştərini məhkəməyə vermək hüququnu özündə saxlayır.

6. Xidmətlər

6.1. Müştərilərə bununla müqaviləyə,habelə,Azərbaycan Respublikasında tətbiq olunan qayda və qanunlara uyğun xidmət tələb etməyə zəmanət verilir.Müştərilər xidmətlərin göstərilməsindən irəli gələn hər hansı qanun və ya qaydanın pozulmaslna görə tam məsuliyyət daşıyırlar.

6.2. Müştəri göstərilən xidmətləri biznes sahəsinə uyğun olaraq peşəkər şəkildə yerinə yetirilməsini tələb edə bilərlər.

6.3. “Mursheed” vasitəsilə sifariş olunan hər bir xidmət üçün müştəri ödəniş etməlidir.Həmin ödəniş əvvəlcədən hesablanır.

6.4. Müştərilər göstərilən xidmətin haqqını birbaşa sürücüyə və ya sayt vasitəsilə ödəyə bilərlər.

7. Onlayn Ödənişlər

7.1. Şirkət müştərilərə göstərilən xidmətə görə birbaşa “Mursheed”də kartla,daşıyıcılar və digər ödəniş üsulları ilə ödəmə imkanı verir.Müştərilər tərəfindən onlayn formada edilən hər hansı ödəmə öhdəliyi edildiyi vaxtdan etibarən yerinə yetirilmiş hesab olunur.

7.2. Müştərilər tərəfindən “Mursheed” sistemi daxilində olan hər bir maliyyə məlumatı ümumdünya qanunları çərçivəsində qorunur.Bununla belə, Şirkət qanunsuz maliyyə məlumatlarına və/və ya bu qanunların pozulmasına görə məsuliyyət daşımır.

8. “MURSHEED”in MÜŞTƏRİ XİDMƏTLƏRİ

8.1. Şirkət həmişə anlaşılmazlıq və ya səhv ödəmə hallarında müştərinin maraqlarını qorumağa çalışır.
8.2. Şirkət “Mursheed” in istifadəsi üçün müştərilərə dəstək verir.10(on) təqvim günündən çox müddətdə ödəmə gecikdiyi halda Şirkətin müştəri dəstəyini dayandırmaq hüququ var.

9. GIZLILIK

9.1. Müştərinin şəxsi məlumatları, o cümlədən, maliyyə məlumatları Cəmiyyətin Məxfilik Siyasətinə uyğun olaraq işlənəcəkdir.

10. Mübahisəli Məsələlər və Hökumət Qanunları

10.1. Bu siyasətdən irəli gələn və ya ona bağlı olan hər hansı mübahisə və fikir ayrılığı,əsasən,Şirkət və Müştəri arasında danışıqlar yolu ilə həll edilir.Fərdi məlumatların işlənməsi ilə əlaqəli məsələlər isə Şirkətin müştəri dəstəyi ilə öz həllini tapır.

10.2. Bu siyasətə aid olan hər hansı məsələ danışıqlar yolu ilə öz həllini tapmadıqda Azərbaycan qanunvericiliyi çərçivəsində müvafiq məhkəmələrdə öz həllini tapır.

SÜRÜCÜLƏR ÜÇÜN GİZLİLİK ŞƏRTLƏRİ

Mursheed istifadə etdiyiniz üçün təşəkkürlər! Etibarınız bizim üçün çox vacibdir və şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyini qoruyacağımıza sizi əmin edirik.Bizimlə paylaşdığınız bütün məlumatlar sizə “Mursheed” -də möhtəşəm təcrübə yaşamaq imkanı verəcəkdir.

Bu məxfilik siyasəti “Mursheed” Sisteminə necə daxil olmağınız və istifadənizlə birlikdə şəxsi məlumatlarınızı necə topladığımız,istifadə etdiyimiz,emal etdiyimiz və açıqladığımızı təsvir edir.Bu məxfilik siyasəti bütün veb saytlar,platformalar və ona qoşulan xidmətlər üçün məfxilik təcrübələrimizi təsvir edir.Zəhmət olmasa,aşağıdakı məxfilik siyasətini oxuyun.

11. DİGƏR

10.1. Bu qaydalar və Şərtlər digər tətərfin razılığı olmadan hər hansı üçüncü şəxsə verilə bilməz.

10.2. Tətbiq olunan qanun və qaydalara əsasən, bu qaydaların hər hansı bir müddəasının etibarsızlığı bütöv sənədin etibarsızlığı hesab olunmur.Şirkət bu cür müddəaları istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.

10.3. Bu Şərtlər və Qaydalar hərdənbir dəyişə bilər.Əgər Müştəri bu dəyişiklikləri görmək istəyirsə vaxtaşırı olaraq saytda mövcud olan Şərtlər və Qaydalar hissəsini oxumağa dəvət edirik.Əgər sizə təsir edəcək maddi və ya hər hansısa başqa bir dəyişiklik olarsa (məsələn,şəxsi məlumatlarınızı yuxarıda göstərilənlərdən əlavə başqa məqsədlər üçün istifadə etdikdə) bu proses başlamazdan əvvəl sizinlə əlaqə saxlayacağıq.Şüphəyə yer verməmək üçün sürücülər MMC-nin Qaydalar və Şərtlər bölməsinə edəcəkləri dəyişiklikləri tanımalıdırlar.

SÜRÜCÜLƏR ÜÇÜN ÜMUMİ ŞƏRTLƏR VƏ QAYDALAR

“Mursheed” tətbiqetməsindən istifadə etdiyiniz üçün təşəkkür edirik!

Bu Şərtlər və Qaydalar müştərilərə “Mursheed” platformasından istifadəni tənzimləyən əsas şərtləri izah edir. Platformanın təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün müştərilər aşağıdakı şərtlərlə razı olmalıdırlar.

1. Giriş

“Mursheed” tətbiqetməsinin və saytının nəzarətçisi “Ameer Group” MMC (bundan sonra “şirkət”) mərkəzi ofisi Azərbaycanda yerləşən və Azərbaycan Respublikasının qanunlarına uyğun təsis edilmiş məhdud məsuliyyətli cəmiyyətdir.

Sənədin mətnində istifadə olunmuş “biz”, “bizim” və ya “bizə” kimi terminlər birbaşa şirkətə aiddir.

“Mursheed” tətbiqetmələri və saytın (bundan sonra “Mursheed”) yeganə mülkiyyətçisi Şirkətdir.

2. TERMİNLƏRİN İZAHI

2. Kontekstdə başqa hal tələb olunmadığı halda sənədin mətnindəki terminlər aşağıdakı mənaları daşıyır:

2.1. “Mursheed” Xidmətləri-”Mursheed” tətbiqetmələri və sayta daxil olmayla təmin etmə və texniki xidmət,əlavə ödənişlər,müştəri dəstəyi,sürücü,müştəri,hotel və digər bu kimi xidmətlərin göstərilməsi “Mursheed” tərəfindən təqdim olunur.

2.2. “Mursheed” Tətbiqetməsi-Xidmətlərin tələb olunması və ya yerinə yetirilməsi üçün sürücü,müştəri,hotellər və digər sahələr üzrə nəzərdə tutulmuş smartfon tətbiqetməsidir.

2.3. “Mursheed” Platforması-Müştərilərin xidmətlərdən daha səmərəli istifadə etmələrinə kömək etmək üçün müştəriləri sürücü,otel və digər oxşar obyektlərlə birləşdirən texnologiya.

2.4. Müştəri- “Mursheed” Platforması vasitəsilə hər hansı xidməti tələb edən şəxsdir.Hər bir müştərinin “Mursheed” saytında və tətbiqetməsində qeydiyyatdan keçmiş hesabı var.

2.5. Sürücü-”Mursheed” Paltforması vasitəsi ilə nəqliyyat xidməti göstərən şəxsdir.Hər bir sürücünün “Mursheed” saytında və tətbiqetməsində qeydiyyatdan keçmiş hesabı var.

2.6. Otel və ya digər oxşar obyektlər-yerləşmə(otel,motel,mənzil,çarpayı & səhər yeməyi),gəzməli yerlər (parklar,muzeylər,turlar), “Mursheed” Platforması vasitəsi ilə müştərilərə təqdim olunan səyahət sığortaları və səyahətlə əlaqəli digər bütün xidmətlər.

2.7. Ümumi şərtlər və qaydalar-“Mursheed” xidmətlərindən istifadəyə dair müştəri və şirkət arasındakı razılaşmadır.

2.8. Ödəniş-Müştərinin nəqliyyat və/və ya yaşayış xidmətləri üçün Şirkətə ödəməli olduğu məbləğdir.Müştəri ödənişi birbaşa yaşayış yerinə və ya sürücüyə və ya tətbiqdəki ödəmə yolu ilə ödəyə bilər.

2.9. Tətbiqdə ödəmə-Göstərilən xidmətlərə görə “Mursheed” tətbiqetməsi və saytı vasitəsilə müştəri tərəfindən istifadə olunan kartlar, ödəmə daşıyıcıları və digər ödəmə metodları nəzərdə tutulur.

2.10. “Mursheed” Müştəri Hesabı-Xidmətlərin göstərilməsi zamanı mühasibatlıq sənədləri də daxil olmaqla “Mursheed” tətbiqlərindən və saytından istifadə ilə bağlı sənədləri və məlumatları özündə ehtiva edən sayta giriş. Müştəri “Mursheed” Müştəri hesabına kod və istifadəçi adını yazmaqla daxil ola bilər.

2.11. Xidmətlər- sürücü və/və ya yaşayış yerləri də daxil olmaqla “Mursheed” tərəfindən göstərilən hər bir xidmət.

2.12. Xidmətlər- sürücü və/və ya yaşayış yerləri də daxil olmaqla “Mursheed” tərəfindən göstərilən hər bir xidmət.

3. “MURSHEED” ”in FƏALİYYƏT SAHƏSİ

3.1. ”Mursheed” Platforması qeydiyyata alınmış yaşayış yerlərinin xidmətlərinin sistem daxilində satışa çıxartmağa,qeydiyyata alınmış müştərilərə yaşayış yerlərini və sürücülərini axtarmağa imkan verən onlayn sistemdir;”Mursheed” platforması vasitəsilə xüsusi xidmətlər rezervasiya edilə və qeydiyyata alınmış sürücülər tərəfindən müştərilərə nəqliyyat xidməti göstərilə bilər.

4. SÜRÜCÜNÜN VƏZİFƏLƏRİ

4.1. Sürücü “Mursheed” qeydiyyat ərizəsində vacib məlumatları və tələb olunan sənədləri yükləməklə qeydiyyatdan keçə bilər. “Mursheed” vasitəsilə qeydiyyatı uğurla tamamlayan sürücüyə istifadəçi adı və şifrəylə daxil ola biləcəyi şəxsi kabinet təqdim edəcəyik.

4.2. Sürücülər bu müqavilənin şərtlərini,o cümlədən, burada göstərilən bütün öhdəlikləri diqqətlə oxumalı,anlamlı və qəbul etməli olduqları bütün şərtləri qəbul etməlidirlər.

4.3. Sürücülər öz şəxsi kabinetlərini tez-tez yeniləməli və məlumatları dəqiq saxlamalıdırlar.Sürücü öz “Mursheed” hesabını istifadə etmək üçün digər şəxslərə ötürə bilməz.

4.4. Sürücülər “Mursheed” hesablarını icazəsiz və ya qeyri-qanuni məqsədlər üçün istifadə etməməli, “Mursheed” Xidmətlərinin düzgün istifadəsinə xələl gətirməməlidirlər.

4.5. Sürücülər tələb olunan xidmətləri göstərmək üçün daim Azərbaycan Respublikasının qanun və qaydalarına tam əməl etməlidirlər.

4.6. Sürücülər qeydiyyatdan keçdikdən sonra ödəniş məlumatlarını doldurarkən öz bank rekvizitlərini təqdim etməlidirlər.Bununla da şirkət,onlayn ödəmələri sürücülərin hesabına köçürür.Sürücü səhv bank rekviziti təqdim etdiyi halda yanlış köçürmələr üçün məsuliyyət daşımırıq.

4.7. Sürücülərdən cinayət sənədləri,etibarlı sürücülük vəsiqəsi,nəqliyyat vasitəsinin qənaətbəxş texniki vəziyyəti,təlim kursunun başa çatması,GPS dəstəkləyən mobil telefona sahib olması və digər şərtlər tələb oluna bilər.Təqdim olunan tələb və şərtlərə əməl olunmaması sazişin və “Mursheed” hüququndan istifadənin ləğvinə səbəb ola bilər.

5. “Mursheed”in Hüquqları

5.1. Şirkət qeydiyyatdan keçdikdən sonra sürücülərə “Mursheed” və “Mursheed” Sürücü Hesabından istifadə etmək hüququ verir.Heç bir sürücüyə bu hüququ üçüncü tərəfə ötürmək imkanı verilmir.

5.2. ”Mursheed” və/ və ya “Mursheed” sürücü hesabından istifadə zamanı sürücülər aşağıdakıları edə bilməzlər:

  • parçalama,tərs mühəndislik və ya başqa formada ““Mursheed” ”in mənbə kodunu əldə etməyə çalışmaq,
  • “Mursheed”və ya “Mursheed” müştəri hesabını hər hansı formada və ya şəkildə dəyişdirmək və ya dəyişdirilmiş “Mursheed” hesabından istifadə etmək,
  • “Mursheed”dəki əməliyyatlara zərər verə biləcək və ya mənfi təsir edə biləcək viruslar,pozulmuş fayllar və ya hər hansı digər proqramları ehtiva edən sənədləri ötürmək,
  • “Mursheed” proqramına icazəsiz girişə cəhd etmək.

5.3. “Mursheed”dən istifadə hüququ sazişin ləğvi il eyni zamanda dayandırılır.Saziş ləğv edildikdən sonra sürücü “Mursheed”dən və sürücü hesabından istifadə dayandırmalıdır.Sürücünü xəbərdar etmədən onun hesabını bloklamaq və silmək hüququmuz var.

5.4. Şirkət sürücülərə “Mursheed”ə aid yarlıq,afişa,birka kimi məhsullar təqdim edə bilər.Sürücülərə bu cür işarələrdən istifadə və yalnız “Mursheed” vasitəsilə xidmət göstərmək üçün ekskluziv və başqasına köçürülə bilməyən hüquq veririk.

5.5. Mənbə kodu,verilənlər bazası,loqotiplər və vizual dizaynlar daxil olmaqla bütün müəllif hüquqları və ticarət nişanları MMc”yə məxsusdur və müəllif hüquqları,ticarət nişanı və ticarət sirri qanunları beynəlxalq müdafiə müddəaları ilə qorunur. “Mursheed” istifadə edən heç bir sürücü əqli mülkiyyət hüququ əldə etmir.

6. SÜRÜCÜNÜN VƏZİFƏLƏRİ

6.1. Sürücülər bu müqaviləyə habelə,Azərbaycan Respublikasının qanun və qaydalarına uyğun olaraq nəqliyyat xidməti göstərməyə zəmanət verməlidirlər.Sürücülər xidmət göstərilməsindən irəli gələn hər hansı qanun pozuntusu üçün tam məsuliyyət daşıyırlar.

6.2. Sürücülər xidmətin göstərilməsi üçün Azərbaycan Respublikasında tələb olunan bütün lisenziyalara(etibarlı sürücülük vəsiqəsi daxil olmaqla),icazələrə,avtomobil sığortasına,qeydiyyata, sertifikata və digər sənədlərə sahib olmalıdırlar.Yuxarıda göstərilən sənədlərin etibarlılığını qorumaq sürücünün borucudur.Şirkət hər hansı bir sürücüdən dəlil təqdim etməsini,bütün lazımi lisenziyaları,habelə,icazələri,təsdiqləri,səlahiyyətləri,qeydiyyatları və sertifikatları nəzərdən keçirmək hüququnu özündə saxlayır.

6.3. Sürücülər bu xidmətləri göstərmək üçün tətbiq olunan iş etikasına uyğun olaraq peşəkar formada xidmət göstərməlidirlər.

6.4. Sürücü xidmət edəcəyi vaxtı özü müəyyən etmək hüququna malikdir.Sürücü eyni zamanda müştəridən gələn təklifi rədd və ya qəbul etmək hüququna malikdir.

6.5. Sürücülər xidmət göstərmələri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının qanunlarından irəli gələn bütün vergi öhdəliklərini ödəməyə borlcu olduqlarını bilməlidirlər.

7. Xidmətlər

7.1. Sürücülərdən “Mursheed” vasitəsilə qəbul etdikləri və tələb olunduğu kimi xidmət göstərdikləri hər müştəridən komissiya tutulur.Bu komissiya hesablanır.

7.1.1. Müştərilər xidmət haqqını birbaşa sürücüyə və ya onlatn formada ödəyə bilərlər.

8. Onlayn Ödənişlər

8.1. Şirkət göstərilən xidmətə görə müştəriyə birbaşa,kart daşıyıcı və ya başqa vasitələrlə ödəmə imkanı verir.Sürücülər Şirkətə yalnız Mursheed vasitəsilə müştərilər tərəfindən ödənən xidmət haqlarını toplamaq məqsədi ilə məhdud kommersiya agenti kimi fəaliyyət göstərməyə icazə verir.Müştərilərin ödəmə öhdəliyi onlayn formada ödənildiyi vaxtdan etibarən yerinə yetirilmiş sayılır.

8.2. Sürücülər ödənişi onlayn formada edilmiş müştəridən imtina edə bilməzlər.Eyni zamanda sürücü müştərinin onlayn ödəmədən istifadəsinə təsir göstərə bilməz.Belə hallarda Şirkət sizə ___ AZN məbləğində ödəniş edir.

9. “MURSHEED”in MÜŞTƏRİ XİDMƏTLƏRİ

9.1. “Mursheed” yanlış anlaşılma və səhv ödəmə hallarında sürücünün maraqlarını üstün tutur.

9.2. Şirkət “Mursheed” istifadəsi ilə bağlı sürücülərə müştəri dəstəyi göstərir.Müqavilənin şərtlərinə uyğun xidmət göstərmədiyiniz halda müştəri dəstəyini dayandırmaq hüququmuz var.

10. Reytinqlər

10.1. Sürücülər yüksək keyfiyyətli xidmətə zəmanət vermək və müştərilən etimadını qazanmaq üçün şirkət və müştərilərin hər birinin 50% nisbətində reytinq təqdim etmə və göstərilən xidmətin keyfiyyəti ilə bağlı rəy bildirmə haqlarının olduğunu bilməlidirlər.Sürücünün ortalama reytinqi onun hesabı ilə əlaqələndiriləcək və “Mursheed” müştəriləri üçün əlçatan olacaqdır.Müştərinin reytinq və şərhinin vicdanla verilmədiyi aşkara çıxdıqda bu,sürücünün hesabında görünmür və reytinq ortalamasına təsir etmir.

10.2. Müştərilərə etibarlı və peşəkar xidmət göstərmək üçün Şirkən sürücülərin qurmalı və saxlamalı olduğu ortalamanı özü təyin edə bilər.

11. GIZLILIK

11.1. Sürücünün şəxsi məlumatları Şirkətin məxfilik siyasətinə uyğun olaraq işlənəcəkdir.

12. Mübahisəli Məsələlər və Hökumət Qanunları

12.1. Bu siyasətdən irəli gələn və ya ona bağlı olan hər hansı mübahisə və fikir ayrılğı,əsasən,Şirkət və Sürücü arasında danışıqlar yolu ilə həll edilir.Fərdi məlumatların işlənməsi ilə əlaqəli məsələlər isə Şirkətin müştəri dəstəyi ilə öz həllini tapır.

12.2. Bu siyasətə aid olan hər hansı məsələ danışıqlar yolu ilə öz həllini tapmadıqda Azərbaycan qanunvericiliyi çərçivəsində müvafiq məhkəmələrdə öz həllini tapır.

13. DİGƏR

13.1. Bu qaydalar və Şərtlər digər tətərfin razılığı olmadan hər hansı üçüncü şəxsə verilə bilməz.

13.2. Tətbiq olunan qanun və qaydalara əsasən, bu qaydaların hər hansı bir müddəasının etibarsızlığı bütöv sənədin etibarsızlığı hesab olunmur.Şirkət bu cür müddəaları istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.

13.3. Bu Şərtlər və Qaydalar hərdənbir dəyişə bilər.Əgər Müştəri bu dəyişiklikləri görmək istəyirsə vaxtaşırı olaraq saytda mövcud olan Şərtlər və Qaydalar hissəsini oxumağa dəvət edirik.Əgər sizə təsir edəcək maddi və ya hər hansısa başqa bir dəyişiklik olarsa (məsələn,şəxsi məlumatlarınızı yuxarıda göstərilənlərdən əlavə başqa məqsədlər üçün istifadə etdikdə) bu proses başlamazdan əvvəl sizinlə əlaqə saxlayacağıq.Şüphəyə yer verməmək üçün sürücülər MMC-nin Qaydalar və Şərtlər bölməsinə edəcəkləri dəyişiklikləri tanımalıdırlar.

Why Mursheed ?
src="~/ui/img/why_mursheed/group-9.svg" alt="">

Evdə və dünyada böyük sövdələşmələr və səyahətlər əldə edin

src="~/ui/img/why_mursheed/security.svg" alt="">

Tez və etibarlı sifariş

src="~/ui/img/why_mursheed/24-hours.svg" alt="">

24/7 Müştəri dəstəyi

src="~/ui/img/why_mursheed/money-bag.svg" alt="">

Daha az xərc