Dil

MÜŞTƏRİLƏR ÜÇÜN GİZLİLİK ŞƏRTLƏRİ

Mursheed istifadə etdiyiniz üçün təşəkkürlər! Etibarınız bizim üçün çox vacibdir və şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyini qoruyacağımıza sizi əmin edirik.Bizimlə paylaşdığınız bütün məlumatlar sizə “Mursheed” -də möhtəşəm təcrübə yaşamaq imkanı verəcəkdir.

Bu məxfilik siyasəti “Mursheed” Sisteminə necə daxil olmağınız və istifadənizlə birlikdə şəxsi məlumatlarınızı necə topladığımız,istifadə etdiyimiz,emal etdiyimiz və açıqladığımızı təsvir edir.Bu məxfilik siyasəti bütün veb saytlar,platformalar və ona qoşulan xidmətlər üçün məfxilik təcrübələrimizi təsvir edir.Zəhmət olmasa,aşağıdakı məxfilik siyasətini oxuyun.

1. Ön Söz

Müştərilərin fərdi məlumatlarına nəzarət edən “Ameer Group” MMC (bundan sonra “şirkət”) mərkəzi ofisi Azərbaycanda yerləşən və Azərbaycan Respublikasının qanunlarına uyğun təsis edilmiş məhdud məsuliyyətli cəmiyyətdir.

“Mursheed” tətbiqetmələri və saytın (bundan sonra “Mursheed”) yeganə mülkiyyətçisi Şirkətdir.

2. Məlumatların Toplanması

2.1. “Mursheed” qeydiyyatı tamamlamaq üçün sizdən aşağıdakı məlumatları tələb edir:

  • Müştərinin şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə məlumatları(telefon nömrəsi,e-mail adresi);
  • Tətbiqetməni istifadə edərkən müştərinin mövqeyi və marşrut xətti;
  • Ödəniş barədə məlumatlar;
  • Müştərinin reytinqi;
  • Mübahisəli məsələlər haqqında məlumat.
  • Bolt tətbiqinin quraşdırıldığı telefonun məlumatları.

2.2. Şəxsi məlumatlar müştərilərin ərazidə sürücülərlə əlqaləndirilməsi və daha səmərəli xidmət göstərmək üçün toplanır.

2.3. Müştəri “Mursheed” tətbiqini istifadə edərkən məkanı açıq saxlamalıdır. “Mursheed” tətbiqetməsi müştərilər tərəfindən istifadə edilmədiyi müddətcə şirkət tərəfindən müştərilərin yerləşdiyi məkan açılmır.

2.4. “Mursheed” müştərilərin şəxsiyyətini təsdiq etmək üçün sürücülərə həmin müştərinin şəklini,adını,əlaqə nömrəsini və səyahətin detallarını göstərir.

2.5. Şirkət “Mursheed”i istifadə edərkən dələduzluq,qanunsuz və digər qanun pozucu halların qarşısını almaq üçün şəxsi məlumatları ehtiva edən məlumatlardan istifadə edir. “Mursheed” istifadəçilərin identifikasiyası da daxil olmaqla risklərin qiymətləndirilməsi və təhlükəsizlik məqsədləri üçün şəxsi məlumatlardan istifadə edə bilər.Bu məqsədlə şəxsi məlumatlar tətbiq olunan qanunla icazə verilən üçüncü tərəflə-hüquq mühafizə orqanları ilə paylaşıla bilər.

3. Qanuni Əsaslar

3.1. Şirkət “Mursheed”i istifadə edərkən dələduzluq,qanunsuz və digər qanun pozucu halların qarşısını almaq üçün şəxsi məlumatları ehtiva edən məlumatlardan istifadə edir. “Mursheed” istifadəçilərin identifikasiyası da daxil olmaqla risklərin qiymətləndirilməsi və təhlükəsizlik məqsədləri üçün şəxsi məlumatlardan istifadə edə bilər.Bu məqsədlə şəxsi məlumatlar tətbiq olunan qanunla icazə verilən üçüncü tərəflə-hüquq mühafizə orqanları ilə paylaşıla bilər.

3.2. Şəxsi məlumatları MMC-nin ticari maraqları üçün istifadə edərkən Şirkət müştərinin hüquq və maraqlarını “Mursheed”in hüquq və mənafelərinə qarşı qorumaqla tarazlaşdıracaqdır.

3.3. Fərdi məlumatlar saxta ödənişlərin və fırldaqçılığın araşdırılması və aşkar edilməsi məqsədilə istifadə oluna bilər.

4. Məlumat Mübadiləsi

4.1. “Mursheed” yalnız sifarişi qəbul edən sürücüyə müştərinin məlumatlarını göndərir.Sürücülər müştərinin adını,reytinqini,əlaqə nömrəsini,fotoşəkillərini və cari məkanını görə bilir.

4.2. Müştərinin yerləşdiyi məkandan asılı olaraq şəxsi məlumatları “Mursheed”in nümayəndələrinə,filiallarına,agentiklərinə və.s. göndərilə bilər.Şəxsi məlumatların istifadəsi göstərilən məxfilik siyasətinə uyğun aparılır.

4.3. “Mursheed” əldə olunmuş məlumatları üçüncü tərəfə satmır və ya icarəyə vermir.

5. Təhlükəsizlik və Giriş

5.1. Xidmətlərin göstərilməsi zamanı toplanmış hər hansı şəxsi məlumat məlumat mərkəzlərinə ötürülür və orada saxlanılır.

5.2. Şirkət fərdi məlumatlar daxil olmaqla məlumatların icazəsiz əldə edilməsinin və sui-istifadə hallarının qarşısını almaq üçün məqbul prosedurlara riayət edir.Şirkət əldə edilmiş şəxsi məlumatlar daxil olmaqla məlumatları qorumaq üçün müvafiq iş sistemi və prosedurlardan istifadə edir.Şirkət, şirkətin məlumat mərkəzlərində fərdi məlumatlar da daxil olmaq və istifadə üçün təhlükəsizlik prosedurlarından,texniki və fiziki məhdudiyyətlərdən istifadə edir. MMC-nin yalnız səlahiyyətli işçiləri şəxsi məlumatları əldə edə və məlumatlardan yalnız xidmətlərdən istifadə ilə əlaqəli məsələlərin (bütün Mursheed xidmətləri ilə bağlı mübahisələrin) həlli məqsədi ilə istifadə edə bilər.

6. Sürücülərin Şəxsi Məlumatları

6.1. Şirkətin icazəsi olmadan müştərilər sürücülərin məlumatlarını emal edə bilməzlər.

6.2. “Mursheed” xidmətləri yerinə yetirilən hallar istisna olmaqla, heç bir müştəri sürücü ilə əlaqə qura və ya “Mursheed” tərəfindən verilən heç bir məlumatı toplaya,saxlaya,qeyd və istifadə edə bilməz.

7. Məlumatın Saxlanması

7.1. Müştərinin “Mursheed” tətbiqetmələrində aktiv hesabı olduğu müddətcə şəxsi məlumatları saxlanılır.

7.2. Şirkət hər hansı bir “Mursheed” xidmətindən istifadəni,bu xidmətləri sizə təqdim etməyi,tətbiq olunan qanunlara riayət etməyinizi,hər hansı tərəflərlə mübahisələri həll etməyi və lazımlı hesab etməyinizi zəruri hesab etdiyi müddətcə şəxsi məlumatlarınızı özündə saxlayacaqdır.Digər tərəfdən,lazım olduğu müddətcə Şirkət öz işini aparmaq,o cümlədən, fırıldaqçılıq və ya digər qanuna zidd əməlləri aşkar etmək və qarşısını almaq üçün məlumatları özündə saxlayacaqdır.

7.3. Şirkətin saxladığı bütün fərdi məlumatlar bu Məxfilik Siyasətinə tabedir.Sizə aid olan üzərində işlədiyimi hər hansı məlumatla bağlı sualnız yaranarsa ,zəhmət olmasa , aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə bizimlə əlaqə saxlayın.

7.4. Əgər müştərinin hesabı bağlanarsa ona aid məlumatlar 1(bir) il müddətində saxlanılacaqdır.

7.5. Şirkət uçot məqsədilə istifadə oluna biləcək məlumatları 8(səkkiz) il müddətində saxlaya bilər.

7.6. İdarəetmə və ya cinayətkarlıq,saxtakarlıq və ya səhv məlumat şüphəsi olduqda məlumatlar 10(on) il ərzində saxlana bilər.Mübahisəli məsələlər olduqda iddianın sona çatdığı zamana qədər bu məlumatlar saxlanılır.

7.7. Şirkət elektron poçtla göndərilən fərdi məlumatların 2(iki) ay ərzində silinməsi tələbinə cavab verəcək və məlumatların silinməsi müddətini təyin edəcəkdir.

8. Şəxsi Məlumatlara Dair Hüquqlar

8.1. Şirkət qeydə alınmış bütün məlumatları öz məlumat mərkəzində saxlayır.İstənilən müştəri Mursheed sistemi vasitəsilə öz məlumatlarına baxa və düzəliş edə bilər.

8.2. Şirkət şəxsi məlumatların tam,düzgün və aktual olmasını öz müştərilərinə etibar edir.

9. Mübahisəli Məsələlər və Hökumət Qanunları

9.1. Bu siyasətdən irəli gələn və ya ona bağlı olan hər hansı mübahisə və fikir ayrılığı,əsasən,Şirkət və Müştəri arasında danışıqlar yolu ilə həll edilir.Fərdi məlumatların işlənməsi ilə əlaqəli məsələlər isə Şirkətin müştəri dəstəyi ilə öz həllini tapır.

9.2. Bu siyasətə aid olan hər hansı məsələ danışıqlar yolu ilə öz həllini tapmadıqda Azərbaycan qanunvericiliyi çərçivəsində müvafiq məhkəmələrdə öz həllini tapır.

10. MISCELLANEOUS

10.1. Bu Siyasəti digər tərəfin razılığı olmadan hər hansı üçüncü şəxsə verilə bilməz.

10.2. Tətbiq olunan qanun və qaydalara əsasən, bu qaydaların hər hansı bir müddəasının etibarsızlığı bütöv sənədin etibarsızlığı hesab olunmur.

10.3. Burada yazılan müddəlar hərdənbir dəyişə bilər.Dəyişiklikləri “Mursheed” tətbiqetmələrindən izləmək mümkündür.

SÜRÜCÜLƏR ÜÇÜN GİZLİLİK ŞƏRTLƏRİ

Mursheed istifadə etdiyiniz üçün təşəkkürlər! Etibarınız bizim üçün çox vacibdir və şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyini qoruyacağımıza sizi əmin edirik.Bizimlə paylaşdığınız bütün məlumatlar sizə “Mursheed” -də möhtəşəm təcrübə yaşamaq imkanı verəcəkdir.

Mursheed istifadə etdiyiniz üçün təşəkkürlər! Etibarınız bizim üçün çox vacibdir və şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyini qoruyacağımıza sizi əmin edirik.Bizimlə paylaşdığınız bütün məlumatlar sizə “Mursheed” -də möhtəşəm təcrübə yaşamaq imkanı verəcəkdir. Bu məxfilik siyasəti “Mursheed” Sisteminə necə daxil olmağınız və istifadənizlə birlikdə şəxsi məlumatlarınızı necə topladığımız,istifadə etdiyimiz,emal etdiyimiz və açıqladığımızı təsvir edir.Bu məxfilik siyasəti bütün veb saytlar,platformalar və ona qoşulan xidmətlər üçün məfxilik təcrübələrimizi təsvir edir.Zəhmət olmasa,aşağıdakı məxfilik siyasətini oxuyun.

1. Giriş

Müştərilərin fərdi məlumatlarına nəzarət edən “Ameer Group” MMC (bundan sonra “şirkət”) mərkəzi ofisi Azərbaycanda yerləşən və Azərbaycan Respublikasının qanunlarına uyğun təsis edilmiş məhdud məsuliyyətli cəmiyyətdir.

“Mursheed” tətbiqetmələri və saytın (bundan sonra “Mursheed”) yeganə mülkiyyətçisi Şirkətdir.

2. Məlumatların Toplanması

2.1.“Mursheed” qeydiyyatı tamamlamaq üçün sizdən aşağıdakı məlumatları tələb edir:

  • Sürücünün şəxsiyyət vəsiqəsinin nömrəsi və əlaqə məlumatları(telefon nömrəsi,e-mail adresi);
  • Tətbiqetməni istifadə edərkən sürücünün məkanı və marşrut xətti;
  • Nəqliyyat vasitəsi haqqında məlumat(bütün icbari sənədlər daxil olmaqla);
  • Sürücünün səmərəliliyi və reytinqi;
  • Sürücünün şəkli,lisenziyası,iş təcrübəsi və bioqrafiyası;
  • Sürücünün cinayət məsuliyyəti və qanun pozuntuları haqqında məlumat(əgər varsa)

2.2. Göstərilən nəqliyyat xidmətinin maliyyə məlumatları şəxsi məlumat hesab olunmur çünki bu,sürücünün iqtisadi və peşəkar fəaliyyəti hesab olunur.

2.3. Şəxsi məlumatlar müştərilərin ərazidə sürücülərlə əlqaləndirilməsi və daha səmərəli xidmət göstərmək üçün toplanır.

2.4. Sürücünün marşrutları coğrafi ərazini təhlil etmək və sürücülərə təkliflər vermək üçün işlənir.Müştərilər üçün yerinizi açıqlamaq istəmirsinizsə,”Mursheed” tətbiqini bağlamalı və ya şirkətə nəqliyyat xidməti göstərmədiyini bəyan etməlisiniz.

2.5. Sürücülük və şəxsiyyət vəsiqəsi,cinayət mühakiməsi və qanun pozuntuları qanun tələblərinə uyğun olaraq sürücülük peşəsi üçün uyğunluğu müəyyən etmək üçün işlənir.

2.6. .“Mursheed”sürücüləri və nəqliyyat vasitəsini müştərilərə tanıtmaq üçün sürücünün şəklini,adını və nəqliyyat vasitəsinin detallarını göstərir.

2.7. Şirkət “Mursheed”i istifadə edərkən dələduzluq,qanunsuz və digər qanun pozucu halların qarşısını almaq üçün şəxsi məlumatları ehtiva edən məlumatlardan istifadə edir. “Mursheed” istifadəçilərin identifikasiyası da daxil olmaqla risklərin qiymətləndirilməsi və təhlükəsizlik məqsədləri üçün şəxsi məlumatlardan istifadə edə bilər.Bu məqsədlə şəxsi məlumatlar tətbiq olunan qanunla icazə verilən üçüncü tərəflə-hüquq mühafizə orqanları ilə paylaşıla bilər.

3. Qanuni Əsaslar

3.1. “Mursheed” şəxsi məlumatlarınızın işlənməsinin “Mursheed” ilə razılığınızı yerinə yetirməsi üçün zəruri olduğuna dair hüquqi əsas verir.Siz lazımlı məlumatları təqdim etmədiyiniz halda “Mursheed” sizə xidmətlərin idarə olunmasına icazə verə bilməz.Bununla belə sizə müştəri xidmətləri ilə kömək edə bilmirik.

3.2. Şəxsi məlumatları MMC-nin ticari maraqları üçün istifadə edərkən Şirkət müştərinin hüquq və maraqlarını “Mursheed”in hüquq və mənafelərinə qarşı qorumaqla tarazlaşdıracaqdır.

3.3. Fərdi məlumatlar saxta ödənişlərin və fırldaqçılığın araşdırılması və aşkar edilməsi məqsədilə istifadə oluna bilər.

3.4. Cinayət hökmü və qanun pozuntuları ilə bağlı məlumatlar qanuni öhdəliklərə uyğun olaraq işlənir

4. Məlumat Mübadiləsi

4.1. “Mursheed” yalnız sifarişini qəbul etdiyiniz müştərilərə sizin məlumatlarınızı açıqlayacaqdır.Müştərilər sürücünün adını,reytinqini,nəqliyyat vasitəsini,telefon nömrəsini,şəklini,tərcümeyi-halını və cari məkanı kimi məlumatlaı görə biləcəklər.Həmiçinin müştəri sürücünün məlumatlarını qəbzdə də görə bilərlər.

4.2. Sürücünün məkanından asılı olaraq onun şəxsi məlumatları “Mursheed”in nümayəndələrinə,filiallarına və agentliklərinə yönləndirilə bilər.Şəxsi məlumatların emalı prosesi nəzərdə tutulan Məxfilik şərtləri çərçivəsində baş tutur.

4.3. “Mursheed” şəxsi məlumatları hər hansı üçüncü tərəfə satmır və ya icarəyə vermir

5. Təhlükəsizlik və Giriş

5.1. Xidmətlərin göstərilməsi zamanı toplanmış hər hansı şəxsi məlumat məlumat mərkəzlərinə ötürülür və orada saxlanılır.

5.2. Şirkət fərdi məlumatlar daxil olmaqla məlumatların icazəsiz əldə edilməsinin və sui-istifadə hallarının qarşısını almaq üçün məqbul prosedurlara riayət edir.Şirkət əldə edilmiş şəxsi məlumatlar daxil olmaqla məlumatları qorumaq üçün müvafiq iş sistemi və prosedurlardan istifadə edir.Şirkət, şirkətin məlumat mərkəzlərində fərdi məlumatlar da daxil olmaq və istifadə üçün təhlükəsizlik prosedurlarından,texniki və fiziki məhdudiyyətlərdən istifadə edir. MMC-nin yalnız səlahiyyətli işçiləri şəxsi məlumatları əldə edə və məlumatlardan yalnız xidmətlərdən istifadə ilə əlaqəli məsələlərin (bütün Mursheed xidmətləri ilə bağlı mübahisələrin) həlli məqsədi ilə istifadə edə bilər.

6. Məlumatın Saxlanması

6.1. Sürücülər Şirkətin icazəsi olmadan müştərilərin şəxsi məlumatlarını emal edə bilməzlər.

6.2. “Mursheed” xidmətləri istisna olmaqla digər heç bir halda sürücülər istənilən müştəriylə əlaqə yarada,məlumatlarını toplaya,yadda saxlaya,qeyd və istifadə edə bilməz.

6.3. Sürücülər Müştərilər üçün nəzərdə tutulan Məxfilik siyasətində göstərilən müştərilərin şəxsi məlumatlarının işlənməsi qaydalarına və şərtlərinə uyğun xidmət göstərməlidirlər.Sürücülər tərəfindən müştərilərin şəxsi məlumatlarının işlənməsi tələbləri pozulduqda Şirkət sürücünün hesabını ləğv edə və dəymiş ziyanı sürücüdən tələb edə bilər.

7. SÜRÜCÜLƏRİN ŞƏXSİ MƏLUMATLARI

7.1. Sürücünün sistemdə aktiv hesabı olduğu müddətcə onun məlumatları saxlanılır.

7.2. Şirkət hər hansı bir “Mursheed” xidmətindən istifadəni,bu xidmətləri sizə təqdim etməyi,tətbiq olunan qanunlara riayət etməyinizi,hər hansı tərəflərlə mübahisələri həll etməyi və lazımlı hesab etməyinizi zəruri hesab etdiyi müddətcə şəxsi məlumatlarınızı özündə saxlayacaqdır.Digər tərəfdən,lazım olduğu müddətcə Şirkət öz işini aparmaq,o cümlədən, fırıldaqçılıq və ya digər qanuna zidd əməlləri aşkar etmək və qarşısını almaq üçün məlumatları özündə saxlayacaqdır.

7.3. Şirkətin saxladığı bütün şəxsi məlumatlar Məxfilik Siyasətinə uyğun olaraq həyata keçirilir.Sizinlə əlaqədar işlədiyimiz fərdi məlumatlarınızın müəyyən saxlanma müddəti ilə bağlı suallarınızı ,zəhmət olmasa, aşağıdakı əlaqə vasitələri ilə bizə bildirəsiniz.

7.4. Sürücünün hesabı bağlanarsa şəxsi məlumatlar əlavə 4(dörd) il müddətində saxlanacaqdır.

7.5. Şirkət uçot məqsədilə zəruri məlumatları 8(səkkiz) il müddətində saxlaya bilər.

7.6. İdarəetmə və ya cinayətkarlıq,saxtakarlıq və ya səhv məlumat şüphəsi olduqda məlumatlar 10(on) il ərzində saxlana bilər.Mübahisəli məsələlər olduqda iddianın sona çatdığı zamana qədər bu məlumatlar saxlanılır.

7.7. Şirkət elektron poçtla göndərilən fərdi məlumatların 2(iki) ay ərzində silinməsi tələbinə cavab verəcək və məlumatların silinməsi müddətini təyin edəcəkdir.

8. Şəxsi Məlumatlara Dair Hüquqlar

8.1. Şirkət qeydiyyata alınmış məlumatları öz məlumatlarında saxlayır.İstənilən sürücü sistemdə öz məlumatlarına baxa və dəyişiklik edə bilər.

8.2. İstənilən sürücü öz məlumatlarının kopyasını Şirkətdən istəyə bilər.

8.3. Şirkət şəxsi məlumatların tam,doğru və aktual olması barəsində sürücülərə etibar edir.Şəxsi məlumatlarda edilən hər hansı dəyişiklik barədə sürücü 14( on dörd) gündən gec olmayaraq Şirkətə məlumat verməlidir.

8.4. Sürücülər Şirkətdən onlar(sürücülər) tərəfindən göndərilmiş məlumatların üçüncü tərəfə verilməsini tələb edə bilərlər.

8.5. Şirkət sürücülərin məlumatlarını onların razılığı əsasında istifadə edir.Bununla belə, sürücü Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq bu haqqi geri götürə bilər

9. Mübahisəli Məsələlər və Hökumət Qanunları

9.1. Bu siyasətdən irəli gələn və ya ona bağlı olan hər hansı mübahisə və fikir ayrılğı,əsasən,Şirkət və Sürücü arasında danışıqlar yolu ilə həll edilir.Fərdi məlumatların işlənməsi ilə əlaqəli məsələlər isə Şirkətin müştəri dəstəyi ilə öz həllini tapır.

9.2. Bu siyasətə aid olan hər hansı məsələ danışıqlar yolu ilə öz həllini tapmadıqda Azərbaycan qanunvericiliyi çərçivəsində müvafiq məhkəmələrdə öz həllini tapır.

10. DİGƏR

10.1. Bu Siyasəti digər tərəfin razılığı olmadan hər hansı üçüncü şəxsə verilə bilməz.

10.2. Tətbiq olunan qanun və qaydalara əsasən, bu qaydaların hər hansı bir müddəasının etibarsızlığı bütöv sənədin etibarsızlığı hesab olunmur.

10.3. Bu Şərtlər və Qaydalar hərdənbir dəyişə bilər.Əgər Sürücü bu dəyişiklikləri görmək istəyirsə vaxtaşırı olaraq saytda mövcud olan Şərtlər və Qaydalar hissəsini oxumağa dəvət edirik.Əgər sizə təsir edəcək maddi və ya hər hansısa başqa bir dəyişiklik olarsa (məsələn,şəxsi məlumatlarınızı yuxarıda göstərilənlərdən əlavə başqa məqsədlər üçün istifadə etdikdə) bu proses başlamazdan əvvəl sizinlə əlaqə saxlayacağıq.Şüphəyə yer verməmək üçün sürücülər MMC-nin Qaydalar və Şərtlər bölməsinə edəcəkləri dəyişiklikləri tanımalıdırlar.

Niyə Mursheed ?

Evdə və dünyada böyük sövdələşmələr və səyahətlər əldə edin

Tez və etibarlı sifariş

24/7 Müştəri dəstəyi

Daha az xərc