Dil

Haqqımızda

“Mursheed” nədir?

Səyahət agentlikləri axtarmaqdan,danışıqlardan,müqayisə edib endirimlər istəməkdən və tətilinizi xoşagəlməz sürprizlərlə bitirib, xoş olmayan xatirələrlə geri dönməkdən yorulmusunuz mu?

Biz sizə “Mursheed”i təqdim etməklə vaxt itkisindən və səyahətinizin sonunda gözləntilərinizdən aşağıda qalacaq təcrübələrin yaşatdığı məyusluqdan yaxa qurtarmağa kömək edirik.

“Mursheed” turistlərə minimum və ya sıfır risklə daha çox imkanı təqdim edən proqramdır.Azərbaycan,Gürcüstan və Türkiyədə fəaliyyətə başlayan proqram bir müddət sonra bütün dünyada fəaliyyət göstərəcəkdir.

Sizə üçüncü tərəfə ödəyəcəyiniz əlavə xərc olmadan,daha az vaxtda daha aşağı qiymətlə yüksək keyfiyyətli xidmət təklif edirik.

Sadəcə çantanızı hazırlayın və aeroporta gedərkən sizə uyğun dil bilikləri olan sürücünü və istədiyiniz maşını kirayələyin. Siz öz mənzilini və ya otelinizi sifariş edə,hər gün müxtəlif restoranları rezerv edə bilərsiniz. Hətta, açıq dənizdə kirayələdiyiniz yaxtada axşam yeməyi təşkil edə və dostlarınıza müxtəlif sürprizlər hazırlaya bilərsiniz.

Bütün sürücülər professional olmaqla yanaşı bizim tərəfimizdən diqqətlə seçilir. Bütün ödəmələriniz,əməliyyatlarınız və təhlükəsizliyinizə biz cavabdehlik daşıyırıq.Qiymətləndirmə və rəylər isə sizə doğru məkanları və şəxsləri seçməkdə kömək edəcəkdir.

Bütün bunlarla yanaşı, siz ziyarət edəcəyiniz yerlər və onların tarixi haqqında kifayət qədər məlumat da ala biləcəksiniz.

Fasiləsiz xidmət göstərən qaynar xəttimiz qısa müddətdə istənilən problemə ən yaxşı həll yollarını tapmağa sizə kömək edəcəkdir.

Mursheed - “Səyahətə başla”
Bizim məqsədimiz sizin xoşbəxtliyinizdir.
Niyə Mursheed ?

Evdə və dünyada böyük sövdələşmələr və böyük səyahətlər əldə edin

Tez və etibarlı sifariş

24/7 Müştəri dəstəyi

Az xərc